Tbilisidəki yanğında 100 yaşlı müharibə veteranı ölüb

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.

Tbilisinin mərkəzində yerləşən Böyük Vətən Müharibəsi Muzeyində güclü yanğın olub.

Yanğın nəticəsində muzeyin ikinci mərtəbəsindəki kiçik otaqda yaşayan Böyük Vətən Müharibəsinin 100 yaşlı veteranı həyatını itirib. İlkin ehtimallara görə, o, tüstüdən boğulub.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.

Bildirilir ki, ölən şəxs 1918-ci il də anadan olub və onun 100-dən çox yaşı var idi.

Muzeydə yanğın söndürülüb, dəymiş ziyanın məbləği dəqiqləşdirilir.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31