Pakistan əsir pilotu Hindistana təhvil verdi

Pilot yüzlərlə sakin tərəfindən qəhrəman kimi qarşılanıb.

Pakistan iki gün əvvəl Kəşmir üzərində vurduqları Hindistana məxsus "MİQ-29" qırıcı təyyarəsinin əsir aldıqları pilotu Əbhinandan Vərthamanı vətəninə qaytarıb.

Hindistanla Pakistan sərhədinin Pəncab sahəsində yerləşən Vəgəh Əttari buraxılış məntəqəsinin Hindistan tərəfində toplaşan yüzlərlə sakin tərəfindən qəhrəman kimi qarşılanan pilotun daha sonra yaxınlıqdakı Əmritsar hava limanından paytaxt Dehiyə xüsusi təyyarə ilə yola salınacağı bildirilir.

Xatırladaq ki, ötən gün Pakistanın Baş naziri İmran Xan "sülh işarəsi" olaraq əsir pilotu azad etməyə hazır olduqlarını açıqlamışdı.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31