Rusiya ordusu analoqu olmayan silaha sahib olacaq - Çox yaxında

Rusiya ordusu çox yaxında S-500 Triumf havadan müdafiə sisteminin sahibi olacaq.

Bunu Rusiya Hava və Kosmos Müdafiə Akademiyasının prezidenti Vladimir Liaporov deyib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzetinə müsahibə verən Liaporov 2019-cu ildə S-500-lərdən istifadə edəcək mütəxəssislərin akademiyadan məzun olacaqlarını qeyd edib. O bildirib ki, yaxın zamanda S-500 sistemlərinin ordunun xidmətinə veriləcəyini gözləyir.

Qeyd edək ki, S seriyasından olan zenit raket komplekslərinin istehsalı yalnız Rusiyaya məxsusdur. Kompleksin istifadəçiləri isə Rusiya, Belarus, Çin ordularıdır. Türkiyə, Hindistan və Səudiyyə Ərəbistanı isə komplekslərin əldə olunması ilə bağlı müqavilə imzalamışdır.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31