Ənənəvi Braziliya karnavalı başladı
1 Mart 2019 15:57 DünyaBraziliyada ənənəvi karnaval start götürüb.
Ümumxalq bayramında ölkənin, demək olar, bütün sakinləri iştirak edirlər. Lakin ən irimiqyaslı və rəngarəng bayram tədbirləri Braziliyanın mədəni paytaxtında - Rio-de-Janeyroda keçirilir.
Bu günlər Braziliyaya milyonlarla xarici turist axışır.
Samba məktəbinin müsabiqə-paradı karnavalın mərkəzi hadisəsidir. Rəsmi açılış mərasimindən xeyli əvvəl şəhərin prospekt, bulvar və meydanlarında maskarad-parad başlayır. Bu yürüşü "küçə karnavalı" da adlandırırlar. Arzu edən hər kəs küçə şənliklərinə qatıla bilər.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31