Peruda dəhşətli zəlzələ - Proqnoz yenə doğruldu?
1 Mart 2019 15:33 DünyaPerunun cənub-şərqində 7.1 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.
258 kilometr dərinlikdə baş verən zəlzələnini episentri Asanqaro şəhərindən 9 kilometr şimal-qərbdə qeydə alınıb.
Dağıntılar və ya insan itkisi barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan öncə zəlzələ proqnozları ilə məşhurlaşan Frank Hugerbits növbəti dəhşətli təkanların olacağını demişdi. O iddia etmişdi ki, 1960-cı ildə Çilidə baş verən 9.5 ballıq və 1964-cü illərdə Alyaskadakı 9.2 ballıq zəlzələlərlə 26 fevral 2019-cu ildəki şərtlər üst-üstə düşür.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31