Serj Sarqsyanın qardaşına qarşı ittiham irəli sürüldü

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyana qarşı iri məbləğdə dələduzluq əməli törətmək maddəsi üzrə ittiham irəli sürülüb.

Bunu Milli Təhlükəsizlik Xidmətindən bildiriblər.

A.Sarqsyana qarşı ittiham sübut edilərsə, onu 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edilib ki, istintaqın gedişində A.Sarqsyan silah alışından mənimsədiyi 19 milyon 600 min dolları könüllü olaraq, dövlətə təhvil verib. 

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31