Paşinyan üzr istədi

Baş nazir dövlət adından xalqdan üzr istəyib.

Ermənistanın baş naziri Nikol Paşinyan 2008-ci il 1-2 mart hadisələri ilə bağlı xalqa müraciət edib.

Baş nazir həmin hadisələrə görə dövlət adından xalqdan üzr istəyib.

"2008-ci ildə hökumətin fəaliyyəti ayrı-ayrı şəxslərə, qruplara deyil, bütövlükdə Ermənistan vətəndaşının hüquqlarına və azadlıqlarına doğru yönəlmişdi"-deyə Paşinyan açıqlama verib.

Paşinyan bütün vətəndaşlardan üzr istəyərək, hamını bu gün axşam planlaşdırılan yürüşə dəvət edib.

Xatırladaq ki, 2008-ci il 1 mart hadisələri zamanı Serj Sarkisyanın prezident seçilməsinə etirazlar zamanı 10 nəfər həlak olmuşdu.(modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31