Məşhur amerikalı bəstəkar vəfat etdi

Məşhur amerikalı bəstəkar, 4 "Oskar" mükafatçısı Andre Previn 89 yaşında vəfat edib.

Bəstəkar Nyu-York ştatının Manhattan şəhərindəki evində ölüb.

Andre Previn Rusiyada yəhudi qaçqın ailəsində doğulub. Onun ailəsi 1937-ci ildə Almaniyadan Fransaya, daha sonra isə ABŞ-a köçüb.

Bəstəkar kino sahəsindəki işlərinə görə 4 dəfə "Oskar" mükafatına layiq görülüb.

Mükafatları "Slurry" (1958), "Porgy and Bess" (1959), "Irma la Douce" (1963) və "My Fair Lady" (1964) filmləri üçün alıb.

Andre Previn 1970-ci illərdə məşhur rejissor Vuudi Allenin keçmiş həyat yoldaşı, aktrisa Miya Farrou ilə evlənib.(teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31