Əvvəlcə oteli bombaladılar, indi isə… - Dünya şokda

Somalinin paytaxtı Moqadişuda bir oteli bomba dolu maşınla hədəf alıblar.

Terroristlər daha sonra təhlükəsizlik qüvvələri ilə atışmağa başlayıb. Hazırda qarşıdurmanın davam etdiyi deyilir.

Baş verən terrorda indiyə qədər 29 nəfərin öldüyü bildirilir.

Rəsmi rəqəmlərə görə 80 nəfər yaralanıb. Terroristlər oteldə və ətrafdakı binalarda terrora davam etdiyi üçün ölənlərin dəqiq sayı hələlik məlum deyil.

Təhlükəsizlik qüvvələri vətəndaşların xilas olduğunu bildirsə də, şahidlər onlarla insanın öldüyünü deyib.

Bölgədə təsiri olan terror qruplaşması Eş Şebabın sözçüsü otelə nəzarəti itirmədiklərini açıqlayıb.

"Hökumət qüvvələri binaya 3 dəfə girməyə çalışdılar, amma onları dəf etdik". Şeyx Ədbiəziz Əbu Musab belə deyib.

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31