Daha bir bin Laden peyda oldu – ABŞ onun başına mükafat kəsdi
1 Mart 2019 10:17 DünyaABŞ hökuməti Əl-Qaida lideri Usamə bin Ladenin oğlu Həmzə bin Ladenin başına 1 milyon dollar mükafat qoyub.
ABŞ Dövlət Departamenti Həmzə bin Ladenin başına qoyulan mükafatla bağlı yazılı açıqlama ilə çıxış edib.
Həmzə bin Ladenin Əl-Qaida daxilində yüksələn lider kimi xarakterizə olunduğu açıqlamaya görə, oğul Laden 2015-ci ildən bu yana təşkilat üzvlərini ABŞ-ın hərbi hissələrinə hücum etməyi təşviq edən videolar çəkib, 2011-ci ildən öldürülən atası Usamə bin Ladenin intiqamını almağa çalışır.
Həmzənin 2017-ci ildə xüsusi olaraq qlobal terrorist statusu aldığını xatırladan Dövlət Departamenti əlavə edir ki, bu səbəbdən onun ABŞ-da olan bütün aktivləri dondurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31