Universitet binası yaxınlığında PARTLAYIŞ - Ölən və yaralananlar var

İraqın Mosul şəhərində partlayış törədilib.

Publika.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə universitet binası yaxınlığında qeydə alınıb. İçi partlayıcı maddələrlə dolu avtomobilin partladılması nəticəsində 1 nəfər həlak olub, daha 13 nəfər yaralanıb. Terror aktı zamanı universitetin binası da zərər çəkib.

Qeyd edək ki, daha əvvəl İraqda terrorçu kamikadzelər zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31