Ərdoğan Pakistan-Hindistan problemini həll edə bilər - MÜRACİƏT EDİLDİ
28 Fevral 2019 17:44 DünyaPakistanın baş naziri İmran Xan Türkiyə prezidentini Pakistanla Hindistan arasında vasitəçi olmağa çağırıb.
İ.Xan bu məsələnin müzakirəsi üçün Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın iki ölkə arasında vasitəçi olmağa hazır olduğunu demişdi. M.Çavuşoğlu deyib ki, Türkiyə regionda vəziyyətin gərginləşməsindən narahatdır.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31