Qəzaya uğramış yadplanetli gəmisi aşkar edildi
28 Fevral 2019 17:18 DünyaRusiyalı tədqiqatçı Valentin Deqterev Antarktidadakı fotoları incələyərkən yeni bir kəşfə imza atıb.
Tədqiqatçı Antarktidada bir müddət əvvəl də qədim piramidalar, sirli bunkerlər də tapmışdı. Bu dəfə isə o, buzun altında gizlədilmiş yadplanetli gəmisi kəşf edib.
Tədqiqatçı "Google Earth" fotolarında sirli obyekt kəşf edib və bu obyekt "uçan boşqab"a bənzəyir. Valentinin iddiasına əsasən, o, bu qeyri-adi obyekti hələ 1997-ci ilin fotolarında da görmüşdü. Amma o vaxt bunun artefakt yoxsa buzu ərimiş qaya parçası olduğu məlum deyildi. İndi isə buz bir az da əridiyi üçün onun UNO gəmisi olduğunu demək mümkündür.
Ehtimal edilir ki, bu, qəzaya uğramış yadplanetli gəmisidir. Ya da yaşı milyonlarla il olan qədim artefaktdır.
bax.tv
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31