Rusiyada qadınlar ən çox bu xəstəlikdən ölür

Ümumilikdə 2017-ci ildə Rusiyada 82,6 min əmək qabiliyyətli qadın ölüb.

Rusiyada əmək qabiliyyətli yaşda olan qadınlar arasında ölüm hallarının əsas səbəbi onkoloji xəstəliklərdir.

2017-ci ildə bu xəstəliklərdən yaşı 16-dan 54-dək olan 19,6 min qadın dünyasını dəyişib.

Ölüm hallarının ikinci əsas səbəbi qan dövranı sistemi xəstəlikləridir - bu, 18,9 min rusiyalı qadının həyatına son qoyub.

Bədbəxt hadisələr, hücumlar və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı isə 15,8 min nəfər təşkil edir.

Ümumilikdə 2017-ci ildə Rusiyada 82,6 min əmək qabiliyyətli qadın ölüb.

Kişilərdə isə ölüm hallarına əsas səbəb kimi qan dövranı sistemi xəstəlikləri göstərilir.(trend.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31