Braziliyada qatar qəzası - Ölən var
28 Fevral 2019 17:08 DünyaQəzanın dispetçerin səhvi ucbatından baş verdiyi bildirilir.
Braziliyanın Rio-de-Janeyro şəhərində iki şəhərətrafı sərnişin qatarının toqquşması nəticəsində ən azı 1 nəfər ölüb, 8 sərnişin yaralanıb.
"The Rio Times" saytı xəbər verir ki, qəza Rio-de-Janeyro şəhərinin şimal zonasında yerləşən San Kristovan stansiyasında baş verib. İnsident nəticəsində həlak olan şəxs qatarlardan birinin maşinistidir.
Qatarların məxsus olduğu "SupeVia" şirkəti ölən maşinistin ailəsinə başsağlığı verib və təzminat vəd edib.
Qəzanın dispetçerin səhvi ucbatından baş verdiyi bildirilir.
Rio-de-Janeyro polisi insidentlə bağlı cinayət işi qaldırıb.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31