Trampın təyyarəsində nasazlıq - VİDEO

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla Vyetnamın paytaxtı Hanoyda keçirilən görüşdən sonra ölkəni vaxtında tərk edə bilməyib.

Gecikməyə səbəb ABŞ-ın "birinci təyyarəsinin" səyyar pilləkəninin sınmasıdır.

"Ren" TV-nin məlumatına görə, sosial şəbəkədə insidentin görüntüsü yayılıb.

Sıradan çıxmış pilləkəni ABŞ məxfi xidmətinin 10-a yaxın əməkdaşı kənarlaşdırıb.

Yaranmış vəziyyətlə əlaqədar amerikalı liderin uçuşu yubanıb.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31