Rusiyada təyyarə qəzası - Ölənlər var

Qəzanın səbəbi araşdırılır.

Rusiyanın Moskva vilayətinin Kolomensk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

"RİA Novosti" xəbər verir ki, məlumatı yerli Fövqəladə Hallar Xidməti yayıb.

Təyyarə bağ sahəsinə düşüb və evin küncünə dəyib.

Nəticədə göyərtədə olan iki nəfər hadisə yerində ölüb.

Qəzanın səbəbi araşdırılır.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31