İstanbulda ƏMƏLİYYAT - 11 PKK üzvü saxlanıldı
28 Fevral 2019 15:12 DünyaTürkiyənin İstanbul şəhərində polis növbəti xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində 11 PKK mənsubu saxlanılıb.
Qeyd olunur ki, saxlanılanlar gələn ay keçiriləcək bələdiyyə seçkiləri öncəsi terror aktları planlaşdırırmış.
Bundan başqa, bu gün Türkiyənin şərq vilayətlərində də əməliyyatların keçirildiyi bildirilib.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-i baş tutacaq.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31