Volodin erməni həmkarı ilə görüşdən imtina etdi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Moskvada Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşməyib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bilidirilib ki, Ermənistan parlamentin keçmiş sədrləri Ovik Abramyan, Qalust Saakyan və Ara Babloyan Rusiyaya ənənəvi səfərləri zamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Məlumata görə, bu dəfə V.Volodinin onunla görüşü protokolda nəzərdə tutulmayıb.

Qeyd edək ki, Ararat Mirzoyan fevralın 27-də Rusiyaya səfər edib.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31