İki ölkə arasında dəmir yolu bağlandı - Gərginlik artır
28 Fevral 2019 13:32 DünyaPakistan və Hindistan arasındakı fəaliyyət göstərən qatar marşrutunun hərəkəti qeyri-müəyyən vaxta qədər dayandırılıb.
Hindistanın Dehli şəhəri ilə Pakistanın Lahor şəhəri arasında işləyən qatarın fəaliyyəti bu gün dayandırılıb.
Pakistan Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, qatar səfərləri iki ölkə arasında artan gərginlik səbəbindən dayandırılıb.
Bildirilib ki, iki ölkə arasında gərginliyin normal axara qayıtması və təhlükəsizlik problemlərinin aradan qaldırılmasından sonra qatarların fəaliyyəti bərpa edilə bilər.
Xatırladaq ki, həftədə iki dəfə Dehli-Lahor marşrutu ilə hərəkət edən qatara Pakistan və Hindistan dəmir yolları tərəfindən birgə nəzarət edilir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31