Sensasion gəlişmə: “Paşinyan əleyhinə oteldə...” – Putinin adamı İrəvanda

Ermənistanın sabiq baş naziri Karen Karapetyan İrəvanda müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə bir sıra məsləhətləşmələr aparır.

Bu barədə Ermənistanda nəşr olunan "Jamanak" qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, məsləhətləşmələr İrəvandakı mehmanxanalardan birində davam etdirilir:

"Karapetyanın sevimli görüş yeri "Hrazdan" otelidir. Əldə etdiyimiz məlumata görə, o, Ermənistanın mövcud hakimiyyətini yola salmaqla bağlı danışıqlar aparır və mövcud vəziyyəti dəyişmək üçün birgə həll tapmağa çalışır".

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkətinin idarə heyətinin keçmiş üzvü Karen Karapetyan bir müddət əvvəl Moskvadan İrəvana gəlib.

Bir neçə gün əvvəl Ermənistanın keçmiş siyasi elitasının üzvləri ilə görüşən Karapetyan Nikol Paşinyan hökumətinə qarşı birgə mübarizə haqda anlaşma əldə edib. Jurnalistlərə qapalı keçirilən iclasda ölkədəki mövcud ictimai-siyasi vəziyyət, o cümlədən bu komanda formatında hərəkət planı müzakirə edilib.

Erməni KİV "Rusiyanın adamı" adlandırdığı Karen Karapetyanın təsadüfən fəallaşmadığını iddia edir və bunun Kremldən verilən göstəriş olduğunu istisna etmir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31