BƏƏ ilk kosmonavtı orbitə yollayır - 18 günlük uçuş
28 Fevral 2019 12:40 DünyaBirləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı bu il sentyabrın 25-də kosmosa göndəriləcək.
Olaylar.az bildirir ki, kosmosa göndərilmək üçün Hazza Əl Mansuri və Sultan Əl Neyadi təyin edilib. Onlardan biri 18 günlük uçuşu həyata keçirmək üçün Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollanacaq və oktyabrın 3-də Yer kürəsinə qayıdacaq.
Kosmonavt BKS-də insan orqanizminin uçuşdan əvvəlki və sonrakı həyati vacib göstəricilərinin reaksiyasını tədqiqat edəcək. Bu tədqiqatların nəticələri bir müddətdən sonra digər regionlardan olan kosmonavtların müvafiq sahədə topladıqları tədqiqatlarla müqayisə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31