“Xiaomi” 5G şəbəkəsini dəstəkləyən smartfonları təqdim edib

"Xiaomi" ("Siaomi) şirkəti 5G mobil şəbəkəsini dəstəkləyən telefon hazırlayıb.

Olaylar.az bildirir ki, yeni smartfon İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresi zamanı təqdim olunub.  

Qara və mavi rənglərdə dizayn ediləcək Mi Mix3 smartfonu may ayından satışa çıxarılacaq. Telefonların satış dəyərinin 510 ABŞ dolları olacağı gözlənilir.

Qeyd edək ki,  Çinin "Xiaomi" ("Siaomi) şirkəti, dünyada smartfon istehsalına görə dördüncü yerdədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31