"Tramp dələduz və rasistdir"
28 Fevral 2019 12:26 DünyaABŞ prezidenti Donald Trampın keçmiş vəkili, Maykl Koen Trampı dələduzluqda və rasizmdə ittiham edib.
Olaylar.az bildirir ki, vəkil ABŞ prezidentinin təhdidlərindən qorunmaq üçün Konqress üzvləri qarşısında ifadə verəcəyini bəyan edib.
Maykl Koen Nümayəndələr Palatasının qarşısında verdiyi hesabatda indiyədək Trampın onu həm şəxsi, həm də işgüzar məsələlərdə yalan söyləməyə vadar etdiyini açıqlayıb.
Vəkil,Trampın çirkli əməllərində iştirak etdiyinə görə utandığını etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31