Bankdan gizli şəkildə 8 ton qızıl çıxarılıb - İddia

Venesuela Mərkəzi Bankından xarici ölkələrə satmaq üçün gizli şəkildə 8 ton qızılın çıxarıldığı və naməlum istiqamətə aparıldığı iddia edilib.

Olaylar.az bildirir ki, bu iddianı müxalifətdəki millət vəkili Anxel Alvarado ortaya atıb.

O bildirib ki, hadisə 20-22 fevral tarixlərində baş versə də, ictimaiyyətdən gizli saxlanılıb. Alvarado, qızıllar çıxarılarkən bankın sədri Kalito Orteqa xaricdə səfərdə olduğunu qeyd edib.

İddialara Venesuela Mərkəzi Bankından cavab verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31