Baş nazir yeni "Brexit" müqaviləsini parlamentə təqdim edib

Böyük Britaniyanın Baş naziri Tereza Mey "Brexit" müqaviləsini parlamentə təqdim edib.

Olaylar.az bildirir ki, baş nazirin belə bir addım atmasının səbəbi, rəhbəri olduğu Mühafizəkarlar Partiyasının daxilində baş verə biləcək kütləvi istefa təhlükəsinin qarşısını almaqdır. 

Tereza Mey çıxışı zamanı "Brexit" üçün imzalanan son müqaviləni martın 12-də deputatların səsverməsinə çıxaracağını bildirib.

Əgər parlament müqaviləni təsdiqləməsə, sənəd martın 13-də ölkənin Avropa İttifaqını razılaşmasız tərk etməsi üçün deputatların səsverməsinə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31