İranda parlament seçkilərinin VAXTI bilindi
27 Fevral 2019 18:18 Dünyaİranda 11-ci parlament seçkiləri 2020-ci il fevralın 21-də keçiriləcək.
Bunu İranın Daxili İşlər Nazirliyinin sözçüsü Salman Samani deyib.
S.Samaninin sözlərinə görə, parlament seçkiləri ilə yanaşı İranın Ekspertlər Məclisinə də səsvermə keçiriləcək. Artıq seçkilərin keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb:
"İranın Daxili İşlər Nazirliyi Nəzarət Şurasına parlament seçkilərinin keçirilmə vaxtı ilə bağlı məktub göndərib. Şuranın son iclasında həmin məktuba əsasən tarix müzakirə edilərək müəyyənləşdirilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31