Rusiyaya qarşı yeni sanksiyalar AÇIQLANDI
27 Fevral 2019 16:08 DünyaABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini dərc edib.
Qanun layihəsi Amerika Konqresinin saytında yerləşdirilib.
Respublikaçı Lindsi Qrem və demokrat Robert Mendes tərəfindən hazırlanan qanun layihəsi Amerika investorlarına Rusiya dövlət borcunun yeni buraxılışlarına pul qoymağı qadağan edir. Bundan başqa, onlar Rusiyanın bank və energetika sektoruna qarşı sanksiyalar tətbiq etmək istəyirlər.
Sənədə əsasən, sanksiyalar həmçinin, başqa ölkələrin ərazisində demokratik proseslərə və seçkilərə müdaxiləyə cəlb olunduğu hesab edilən maliyyə institutlarına toxunacaq.
Daha əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev parlamentin yuxarı palatasının plenar iclasında çıxışında bildirib ki, Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edərək Rusiya Federasiyasında hakimiyyətin dəyişdirilməsi üzrə ssenarini reallaşdırmağa çalışır.
"Venesuelaya qarşı sanksiyaların tətbiqi bu ölkə əhalisini narazılığa və qanuni hakimiyyətin devrilməsinə itələmək üçün tətbiq edilir. Belə ssenarinin tətbiqini həmçinin, ölkəmizin nümunəsində də görürük, Rusiyaya qarşı sanksiyalar həmin hədəfləri təqib edir", - o vurğulayıb.
Kosaçev qeyd edib ki, ABŞ suveren dövlətlərin işlərinə qarışaraq artıq belə ssenarini dəfələrlə yerinə yetirib.
publika