ABŞ-ın yeni səfiri İrəvana gəldi
27 Fevral 2019 15:46 DünyaABŞ-ın Ermənistana təyin olunan yeni səfiri Lin Treysi İrəvana gəlib.
Bu məlumat ABŞ-ın Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Treysi ABŞ Dövlət Departamentində Rusiya və keçmiş SSRİ ölkələri ilə iş üzrə baş müşavir vəzifəsini tuturdu. Buna qədər Treysi ABŞ-ın Moskva, Aşqabad, Astanadakı səfirinin müavini olub.
O, həmçinin ABŞ Dövlət katibinin Mərkəz Asiya üzrə köməkçisinin müavini vəzifəsini daşıyıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31