“WhatsApp”dan növbəti yenilik

WhatsApp Messenger-i daha bir yeniliyə hazırlaşır.

Olaylar.az bildirir ki, bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq.

Yeni əlavə parametrlərdə görsənəcək. Parametrlərə daxil olarkən, "istifadəçini kim qruplara əlavə edə bilər" bölümündə  "telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim" deyə seçim imkanı yaranacaq. İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndəriləcək və uyğun olaraq, istəyin rədd edilməsi və ya əlavə edilməsi imkanı yaradılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31