Nazir helikopter qəzasında öldü
27 Fevral 2019 14:28 DünyaQəza nəticəsində helikopterdə olanların hamısı həlak olub.
Nepalda 7 nəfəri daşıyan helikopter ölkənin şərqindəki Taplecunq bölgəsində qəzaya uğrayıb.
"The Himalayan Times" xəbər verir ki, helikopterdə bu ölkənin mədəniyyət, turizm və mülki aviasiya naziri Rəbindrə Adhikari, nazirliyin baş katibi Yubarac Dahal və Mülki Aviasiya İdarəsinin baş direktor müavini də olub.
"Air Dynasty" hava şirkətindən verilən məlumata görə, qəza nəticəsində helikopterdə olanların hamısı həlak olub.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31