“Zərif getdi, canımız qurtardı” – İsrail baş naziri
27 Fevral 2019 14:11 Dünyaİsrail Baş naziri Binyamin Netanyahu İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasına münasibət bildirib.
O, bu barədə özünün Tvitter hesabında yazıb.
Netanyahu bildirib ki, İsrail hökuməti İranın kütləvi qırğın silahları əldə etməsinə heç vaxt imkan verməyəcək:
"Zərif getdi, onun əlindən canımız qurtardı. Nə qədər ki, burada mən varam, İran rejimi nüvə silahına yiyələnə bilməyəcək".
Qeyd edək ki, Məhəmməd Cavad Zərif fevralın 26-da xarici işlər naziri postundan istefa verib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31