Hindistanın Hərbi Hava Qüvvələrlərinə məxsus təyyarəsi Cammu və Kəşmirdə qəzaya uğrayıb.
Olaylar.az bildirir ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 2 pilot ölüb.
Qəzanın səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, bu gün Kəşmir gərginliyi daxilində ən az 3 Pakistan döyüş təyyarəsi Hindistana daxil olub.