KXDR lideri ölkəsinin Hanoydakı səfirliyinə baş çəkdi
26 Fevral 2019 18:28 DünyaBu, KXDR liderinin Vyetnamdakı ilk tədbiridir.
ABŞ Prezidenti Donald Tramp ilə növbəti görüş üçün Vyetnamda səfərdə olan Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəsinin Hanoydakı səfirliyinə baş çəkib.
Vyetnam mətbuatı xəbər verir ki, Kim Çen In yaşadığı "Melia" mehmanxanasından çox sayda mühafizəçinin müşayiəti ilə KXDR-in Vyetnamdakı səfirliyinə gedib. Bu, KXDR liderinin Vyetnamdakı ilk tədbiridir. Şimali Koreya lideri təxminən bir saat səfirlikdə olub. Kim Çen Inı səfərdə rəsmi şəxslərlə yanaşı, bacısı Kim Yo-conq da müşayiət edir.
Qeyd edək ki, Kim Çen In zirehli qatarda Çin ərazisindən keçməklə 66 saatlıq səyahətdən sonra fevralın 26-da səhər saatlarında Vyetnama gəlib. Onun fevralın 27-də ABŞ Prezidenti Donalda Trampla planlaşdırılan görüşündə Şimali Koreyanın nüvə-raket fəaliyyətinin dayandırılmasına dair məsələlər müzakirə olunacaq.
ABŞ liderinin axşam saatlarında Hanoya gələcəyi gözlənilir.(AZƏRTAC)