Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı cinayət işi açılıb

Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb.

Bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir. 

"İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək", - deyə o əlavə edib. 

Xatırladaq ki, "Gulfstream" markalı təyyarə bu gün saat 13:00-da Bakı-Moskva aviareysi üzrə xüsusi uçuş həyata keçirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31