Ruhani Zərifin istefasını qəbul etmədi
26 Fevral 2019 17:17 Dünyaİran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.
Bununla bağlı İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi açıqlama verib.
O bildirib ki, Ruhaninin Zərifin istefasını qəbul etməsi ilə bağlı yayılan iddialar yalandır.
M.Vaizi əlavə edib ki, İran parlamentinin 150 deputatı prezident Həsən Ruhaniyə müraciət edərək, Zərifin istefasının qəbul edilməməsini istəyib.
Qeyd edək ki, İran parlamentində 290 millət vəkili var.
Xatırladaq ki, dünən İranın xarici işlər naziri Cavad Zərif özünün "Instagram" hesabında istefaya getdiyini bəyan edib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31