SORĞU: Digər dövlətlərin liderləri Donald Trampa hörmət etmir

Amerikalıların əksəriyyəti hesab edir ki, dünyada onların ölkələrinə ümumilikdə dostcasına münasibət var, lakin digər dövlətlərin liderləri ABŞ Prezidenti Donald Trampa hörmət etmirlər.

Bunu "Gallup" xidmətinin 2018-ci il üzrə apardığı ictimai rəy sorğusunun nəticəsi göstərir.

Sorğuya əsasən, respondentlərin 58%-i əmindir ki, ABŞ digər ölkələrdə əhəmiyyətli dərəcədə müsbət qəbul olunur.

Rəyi soruşulanların 53 faizi güman edir ki, dünyada Birləşmiş Ştatların imicini yaxşılaşdırmaq lazımdır. 2017-ci ildə isə 67 faiz imicdən narazı idi.

65 faiz amerikalı hesab edir ki, D.Trampın xarici həmkarları yanında hörməti yoxdur. 31 faiz isə əksini düşünür.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31