Samsung şirkəti “Galaxy A30” və “Galaxy A50” smartfonlarını təqdim edib
26 Fevral 2019 15:20 DünyaSamsung" şirkəti "Android 9.0" (Pie) əməliyyat sisteminin idarəetməsi ilə işləyən orta səviyyəli "Galaxy A30" və "Galaxy A50" smartfonlarını rəsmən təqdim edib.
Olaylar.az bildirir ki, "Galaxy A30" smartfonu 3 və ya 4 giqabaytlıq operativ yaddaş, 32 və ya 64 giqabayt tutumlu quraşdırılmış yaddaşa malikdir. Arxada 16 və 5 milyon pikselli ötürücülərə malik qoşa kamera yerləşir. Ön kameranın təsvir ölçüsü 16 milyon pikselə bərabərdir. Qurğuya arxa daktiloskopik sensor quraşdırılıb.
"Galaxy A50" smartfonu 2,3 QHs takt tezlikli səkkiznüvəli "Exynos 9610" prosessoru ilə təchiz edilib. Alıcılar 4 və 6 giqabaytlıq operativ yaddaş və müvafiq olaraq 64 və 128 giqabayt tutumlu quraşdırılmış yaddaşa malik versiyalar arasında seçim edə bilərlər. Əsas kamera 25, 8 və 5 milyon pikselli sensorlara malik 3 blok şəklində hazırlanıb. Ön kamerada 15 meqapikselli matrisadan istifadə edilir. Bu versiyada barmaq izi skaneri birbaşa ekrana quraşdırılıb.
Qeyd edək ki, yeni smartfonlar mart ayında satışa çıxarılacaq.