Sensasiyalı açıqlama: Marsda həyat varmış - FOTO
26 Fevral 2019 15:14 DünyaMarsda milyon illər öncə həyat olub. Çaylar axıb, meşələr mövcud olub.
Avropa Kosmik Agentliyinin (European Space Agency, ESA) alimləri belə deyirlər.
Onlar "Mars Express Satellite" vasitəsilə əldə olunmuş görüntülərə əsaslanırlar.
"Qırmızı planet"in səthinədə milyonlarla il əvvəl həyat olub, çaylar axıb, okeanlarda dağlalar sahilə çırpılıb.
Avropalı alimlərin fikrincə, əvvəllər Mars planetində hava isti və rütubətli olub. Onlar su izlərini aşkarladıqlarını inamla deyirlər.
Marsda əvvəllər həyat olub-olmadığını dəqiqləşdirmək üçün ESA "Qırmızı planet"ə xüsusi missiya yollamağa hazırlaşır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31