“Virgin Galactic” ilk sərnişini kosmosa çıxarıb
26 Fevral 2019 14:13 Dünya"Virgin Galactic" raket təyyarəsi sınaqçı sərnişinlə ilk dəfə yerətrafı orbitə çıxıb.
Olaylar.az bildirir ki, ilk sınaqçı sərnişin qismində astronavt təlimatçısı Bet Mozes çıxış edib. "Virgin Galactic" korporasiyasının təsisçisi Riçard Brenson, 2019-cu ilin ortalarında ilk "SpaceShipTwo" kommersiya reysinin ilk sərnişini olmağı planlaşdırır.
Məşhur aktyorlar daxil olmaqla 58 ölkədən 600-dən çox insan "Virgin Galactic" suborbital reysləri üçün planlaşdırılan uçuşlar üçün ödənişlər ediblər. 90 dəqiqə davam edəcək uçuş üçün biletin ilkin qiyməti 250 min dollar təşkil edir.
Qeyd edək ki, "Virgin Galactic" şirkəti hazırda kosmik biznesdə "Blue Origin" və "SpaceX" kimi şirkətlərlə rəqabət aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31