Səfilyan Paşinyanı qiyamla hədələdi: Onları azad et!

Ermənistanın Sasna Çrer Partiyasının rəhbəri Jirayr Səfilyan yenidən Ermənistan hökumətini təhdid edib.

O, Sasna Çrerin iki üzvü - Armen Bilanyan və Smbat Barseqyanın azad edilməsini tələb edib.

O, bu şəxslərin azad edilməyəcəyi halda yenidən qiyama qalxacaqlarını bildirib:

"Səbrimiz çoxdur. Əgər Bilanyan və Barseqyan azad edilməsə, millətimizin qürurlu hissəsi hər kəsi qiyam haqqının olduğunu etiraf etməyə məcbur edəcək".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31