Putinə görə Rusiyanı 2 milyon beyin tərk edib - Hesabat

Rusiyadan emiqrasiyanın yeni dalğası iqtisadi yox, siyasi səbəblər ucbatından yaranıb.

Bu məlumat Atlantika Şurasının hazırladığı "Putinin nəticəsi: yeni beyin axını" hesabatında yer alıb. Hesabata əsasən, Rusiyadan emiqrasiya artıq 1,5 ildir ki, davam edir:

"Vladimir Putinin dövründə ölkəni 2 milyona yaxın rusiyalı tərk edib. 2012-ci ildən etibarən isə, ölkədən qaçanların sayı Putinin hakimiyyətinin ilk səkkiz ilindəkindən çox olub. Ölkəni tərk edənlərin 45%-i bakalavr, 37%-i isə magistr və ya doktorantura səviyyəsinə sahib şəxslərdir".

Hesabatda ölkəni tərk edənlərin 40%-i buna əsas səbəb kimi ümumi siyasi iqlimi, 33%-i siyasi haqların çatışmazlığını, 32%-i problemli iqtisadi situasiyani, 29%-i siyasi təqibləri, 26%-i işsizliyi, 24%-i isə təhsil keyfiyyətini göstəriblər. Şuranın ekspertlərinin fikrincə, Kreml ölkəni tərk edənlərə hər cür imkan yaradır ki, hökumətdən narazı olanların sayını ölkə daxilində azaltsın.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31