Arizona ştatının tarixində ən güclü qar yağıb
23 Fevral 2019 20:31 DünyaABŞ-ın Arizona ştatına 100 ilin ən güclü qarı yağıb. Burada qalın qalınlığı bir metrə çatır. Əlverişsiz hava şəraiti ilə əlaqədar Flaqstaff şəhərində fövqəladə vəziyyət rejimi elan olunub.
Arizonanın Nəqliyyat Departamenti sürücüləri ştatın şimalına səfər etməməyə çağırıb. Yollarda qalan sürücülər son sutka ərzində yardım üçün polisə 400 dəfə zəng ediblər. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə ştat ərazisinə daha 7-8 santimetr qar yağacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəlki rekord 104 il bundan öncə qeydə alınmışdı. Həmin zaman Flaqstaff şəhərinə 79 santimetr qar yağmışdı.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31