Türkiyə yeni helikopterin hazırlığına start verib
23 Fevral 2019 20:22 DünyaTürkiyə özünün yerli ağır zərbə helikopterlərinin hazırlanmasına start verib. Helikopterin ilk test uçuşu 5 il sonra həyata keçiriləcək. Yeni helıkopterlərin yükgötürmə qabiliyyətləri ATAK-dan iki dəfə çox olacaq.
Ankaranın hazırlayacağı yeni helikopterin öz sinifində dünyanın ən yaxşı üçlüyə daxil olacağı bildirilir. Yeni helikopterlər 2 "Turboşaft" mühərriki ilə, tank əleyhinə raketlər və hava-hava tipli raketlərlə təchiz olunacaq.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31