Ukrayna və Moldova dünyanın ən pis avtomobil yoluna malik ölkələrin ilk onluğunda

Ukrayna və Moldova dünyanın ən pis avtomobil yoluna malik ölkələrin ilk onluğa düşüb.

"Global Competitiveness Index" Beynəlxalq İqtisadi Forumunun reytinqində ən pis avtomobil yolu olan 137 ölkə arasında Ukrayna 130, Moldova isə 128-ci pillədə qərarlaşıb.

Ukrayna və Moldovanın avtomobil yollarına 7 ballıq qiymətləndirmə ilə 2,5 bal verilib.

Ən yaxşı avtomobil yollarına görə ilk beşliyi Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, İsveçrə, Honkonq və Niderland tutub.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31