Avstraliyada daşqınlara görə mindən çox insan təxliyə olunub

Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında daşqınlara görə mindən çox insan təxliyə olunub.

Bu barədə ABC telekanalı məlumat yayıb. Ştatın fövqəladə halların aradan qaldırılması xidmətinin nümayəndəsi Katarina Kerol bildirib ki, son 24 saat ərzində 18 xilasetmə əməliyyatı keçirilib və təxminən 1100 nəfər təxliyə olunub.

Telekanalın məlumatına əsasən, ştatın Baş naziri Anastasiya Palaşuk bir neçə min evin su altında qaldığını deyib.

Əlavə olaraq qeyd edilir ki, Taunsvil rayonundakı bütün məktəblər bağlanıb, buradakı təxliyə mərkəzlərinə təxminən min nəfər yerləşdirilib. Tuansvil şəhər aeroportu da bazar günü axşamdan fəaliyyətini dayandırıb, onun fevralın 4-də günortadan sonra açılacağı bildirilir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31