Velosipedçilər mobil qurğulardan istifadəyə görə cərimələnəcək
4 Fevral 2019 13:28 DünyaNiderlandda velosiped sürərkən smartfon və digər qurğulardan istifadəyə görə cəza tətbiq ediləcək. Belə ki, vətəndaşlar sükan arxasında "hands-free" qarniturundan istifadə etmədən danışan zaman cərimə olunacaqlar.
Statistikaya görə, təxminən hər ikinci velosipedçi hərəkətdə olan zaman diqqətini qurğulara yönəldir. Bu, ölkədə gənc yaşlı velosipedçilərin iştirakı ilə baş verən hər beşinci qəzaya səbəb olur.
Beləliklə, Niderlandda mobil qurğulardan istifadə edən velosipedçilər tərəfindən 25 avro (avtomobil sahibləri analoji pozuntuya görə 240 avro cərimələnirlər) məbləğində cərimənin ödənilməsini nəzərdə tutan qanun bu ilin iyulundan etibarən qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31