Almaniyada aviareyslər durdu - Tətil var

Almaniyanın Hamburq hava limanında işçilərin tətili ilə əlaqədar 58 reys təxirə salınıb.

Aeroportun yerüstü xidmət əməkdaşları 24 saatlıq tətil keçirir.

Tətil nəticəsində 388 planlaşdırılmış reysin 58-i təxirə salınıb. Gün ərzində bu cür reyslərin artacağı istisna olunmur.

Əməkdaşlar əmək haqlarının artırılmasını tələb edir.

Xatırladaq ki, yanvar ayının ortalarında Almaniyanın bir neçə hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili yüzlərlə reysin təxirə salınmasına səbəb olmuşdu.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31