Putin 55 liderlə danışıb: İlk yerdə Merkeldir
4 Fevral 2019 13:11 Dünya2013-2018-ci illər arasında Rusiya Prezidenti Vladimir Putin 55 ölkə lideri ilə telefonla danışıb.
Bu "Currenttime.tv" saytının apardığı hesablamadan sonra ortaya çıxıb. Məlumata görə, bu dövr ərzində Putin 700 telefon danışığı həyata keçirib.
Bu illər ərzində Putin ən çox Almaniya kansleri Angela Merkellə (94 dəfə) danışıb. Ondan sonrakı yerdə Fransa prezidentləri (69) qərarlaşıb. İlk üçlüyü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (63) qapadıb.
Saytın hazırladığı ilk onluğa Qazaxıstan (56), İsrail (43), Ukrayna (38), ABŞ (31), Belarus (25), İran (20) və Ermənistan (17) liderləri daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31