Yunanıstanın Baş naziri Aleksis Çipras Türkiyə səfəri öncəsi açıqlama verib.
Bu barədə "Anadolu" agentliyi yazıb.
"Həm xalqlarımıza, həm də bölgəmizə fayda verəcək bir münasibət inşa etməliyik", - Çipras bildirib.
Qeyd edək ki, Aleksis Çipras 5-6 fevral tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.
Axar.az